Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə etdilər
Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı vəziyyəti, eləcə də Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminə və enerji sektoruna dəstək məsələlərini müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında bildirib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran ətrafındakı vəziyyəti müzakirə etdik. Biz müharibənin genişlənməsinə yol verməmək və həyatları qorumaq üçün təcrübəmizi bölüşməyə hazırıq, lakin eyni zamanda Ukraynanın öz HHM sistemini gücləndirməyə ehtiyacı var və biz tərəfdaşlarımızdan müvafiq dəstək gözləyirik", - o yazıb.
R.T.Ərdoğan bildirib ki, Türkiyə üçtərəfli formatda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyə hazırdır. "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, Türkiyənin İstəklilər Koalisiyası çərçivəsində dəniz təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazır olduğuna və Ukrayna energetikasına dəstək üzrə gələcək qərarlara görə Prezident Ərdoğana təşəkkür edirəm", - Zelenski əlavə edib.
Digər Xəbərlər
17 Aprel 2026 17:12
Tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşmışıq - Fidan
17 Aprel 2026 17:03
İran Hörmüz boğazını açdı
17 Aprel 2026 13:59
Çavuşoğlu: Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək
17 Aprel 2026 12:10
Şərifdən Trampa TƏRİF
17 Aprel 2026 12:01
Qazaxıstan və Türkiyə problemlərin həllində rol oynaya bilər - Tokayev
17 Aprel 2026 11:16
"İran zənginləşdirilmiş uranı bizə verməyə razılaşıb" - Tramp
17 Aprel 2026 11:03
Şaraa Antalyada Hakan Fidan və Kalınla görüşdü - YENİLƏNİB
17 Aprel 2026 10:59


Bakı -°C

