adalet.az header logo
  • Bakı -°C
17 Aprel 2026 13:59
95
DÜNYA
A- A+

Çavuşoğlu: Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək

Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək, iyulda Ankarada keçiriləcək NATO sammiti isə gərginliyin azaldılmasına və alyans müttəfiqləri arasında birliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin sabiq xarici işlər naziri, ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.