Rafiq Ələkbər: Kainatda Səməd Vurğun dünyası
Səməd Vurğun - 120
(sərbəst esse-poema)
Kainat təkcə qalaktikalarla deyil,
şəxsiyyətlərlə də böyüyür;
bu şəxsiyyətlər bir düşüncə dünyası kimi
kainatın ruhuna təsir göstərirlər.
Zamanın bütün dövrlərində
Odlar Yurdu Azərbaycan
şəxsiyyətlər məkanı olmuşdur.
Onlar yaşadıqları dövrdən
gələcəyə körpü salmış,
Odlar yurdunun gələcəyini işıq gələn
tərəfə istiqamətləndirmişlər.
XX əsrin əvvəllərində Qafqazda
bir uşaq dünyaya gəldi.
Qafqazın ruhu və əzəməti bu məsum
uşağın ruhunda və ürəyində pərvazlanırdı.
Onun ruhu və ürəyi cismindən
fantastik dərəcədə böyük idi.
O, Qafqaz dağlarının göylərlə
rabitəsini yaratmışdı.
Yerə sığışmayan, göyləri əlçatan
edən bir uşaq kimi böyüyürdü,
böyüdükcə ətrafa işıq saçırdı.
O, Azərbaycanın döyünən ürəyi idi,
fırtınalar bu döyünən urəyi
söndürə bilmirdi.
Çünki vətəni, Azərbaycan torpaqları
önun döyünən ürəyinə məlhəm idilər.
Onun həyatı dünyanın ən qəddar rejiminin,
ən mənfur despotunun idarəçiliyi
və nəzarəti altında keçirdi.
Artıq 20 yaşında bu gənc oğlanın səsi
imperiyada eşidilməyə başlanmışdı.
İmperiya onun parlaq dühasına təzim edirdi.
İmperiyanın istibdad reyimi dühaları
söndürməkdən ötrü hər vasitəyə əl atsa da,
Səməd Vurğun dühası misilsiz ağlı
və bənzərsiz idrakı ilə bütün
dolanbac yollardan adlamağı bacarırdı.
Bu yollar onun ömrünü yeyirdi,
imperiya bir xərcəng kimi onun
ömrünə daraşmışdı, bu yollarda
onun yeganə məlhəmi
Azərbaycanın əsrarəngiz təbiəti idi,
imkan düşən kimi Azərbaycan çöllərinə
ova gedir, ağ enerji ilə ruhunu qidalandırırdı.
İmperiyanın mənfur qaranlıqlarında Səməd Vurğunun
ağ enerjisi aydınca sezilirdi.
Oun üçün Vətən, Azərbaycan ən ali dəyər idi.
Onun poeziyası qaranlıqları dəlib keçən mayak idi.
Nə olursa olsun, bu istibdad rejimində Azərbaycanın
ruhi varlığını qorumaq lazım idi.
Hər bir şəxsiyyət öz dövrünün məhsuludur.
Səməd Vurğun şəxsiyyətini də öz dövrünə
görə qiymətləndirmək lazımdır, baxmayaraq ki,
onun nurlu üzü, comərdliyi və məğrurluğu
imperiyanın mənəvi sərhədlərinə sığışmırdı,
bəzən bu sərhədləri bilərəkdən şifrələrin dili ilə
Azərbaycan sərhədləri ilə qarışdırırdı.
Burada birbaşa hədəf olmadığına görə,
nə qədər qədər sıxsalar da Səməd Vurğun
dühasını söndürə bilmirdilər.
Lakin cismini xərcəng kimi yeyirdilər.
Səməd dünyasında bir gün yüz günə bərabər idi.
Ona görə də 30 yaşlı Səməd 70 yaşlı
nurani ağsaqqalla bənzəyirdi.
İmkan daxilində imperiyada dəhşətləri
şifrəli mesajlarla cəmiyyətə ötürürdü,
başa düşürdü ki, Azərbaycanın başı üstündə
dolaşan təhlükələri şifrəli şəkildə də yazmaq üçün
yaşadığı dövrün hadisələrini reyimin
zövqünə uyğun qələmə almaq lazımdır,
bununla o, qismən təhlükəsizliyinə nail olmaq istəyirdi.
Lakin o, ömrünün sonuna kimi domokl qılıncını
başının üstündə, dar ağacını çiynində daşıdı.
Bəzən o, şifrəli mesajlarını birbaşa olmasa da,
obrazlrın dili ilə cəmiyyətə ötürürdü.
“Xudaya, insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır”...
Bu misralar 30-cu illər Azərbaycanı
xarakterizə edən ən gözəl nümunədir.
Onu yaşamağa qoymurdular,
hər gün sorğu-suala tuturdular,
poeziyasında şifrəli mesajları tapan kimi
qaraguruh qüvvələr üstünə şığıyırdılar.
Allahın lütfü və xalqının misilsiz sevgisi
ən çətin məqamlarında köməyinə çatırdı.
O, sağlığında paltar əvəzinə kəfən
geyinən dahilərdən idi...
Bakının və Moskvanın rəhbər vəzifəli şəxsləri
onun fiziki məhvinə fürsət axtarırdılar.
Stalin özü şər dahisi olsa da,
digər dahiləri qiymətləndirməyi bacarırdı.
O, Səməd Vurğunun tükənməz
ruhi enerjisinə heyrət edirdi.
O, tək-tək sənətkarlardan idi ki,
Stalin onunla mükalimələr aparır,
sovet poeziyasının incəliklərini müzakirə edirdi.
Bu hal imperiya muzdluları tərəfindən
onun fiziki məhvinə ciddi sədd oldu,
lakin onun cismini qətrə-qətrə əritdilər.
Sanki bilə-bilə onun vücudunda
xərçəng yerləşdirdilər.
İmperiya yazıçı, şairləri onu poeziyanın
marşalı adlandırırdılar.
Odlar Yurdunun belə bir şəxsiyyətə
malik olmasını düşmənlər, xüsusilə ermənilər
heç cür həzm edə bilmirdilər.
Səməd Vurğun dünyasından Moskvaya iftira
dolu donosların sayı-hesabı yox idi,
onu gah millətçilikdə, gah da pantürkizmdə
günahlandırırdılar.
Lakin imperiyanın bütün sağlam düşüncəli şair
və yazıçıları Səmədi çox sevirdilər,
onu sovet poeziyasının zirvəsində saxlayırdılar.
Onun nəhəng ürəyi Azərbaycan boyda idi.
Azərbaycanın bütün düşmənləri
Səməd Vurğun dünyasının düşmənləri idilər.
Repressiya illərində Səməd Vurğun dünyası
Azərbaycanın simvolu idi.
Keçən əsrin 40-cı illərində Möskvadan gələn
göstərişlə Qobustan qayalıqlarının tikinti
məqsədləri üçün istifadə edilməsi üçün
fəaliyyətə keşmişdilər.
Bunun təşkilatçıları və icraçıları yuksək ranqlı
erməni məmurları idi.
Bu məlumatı alan Səməd Vurğun bir gündə
ermənilərin istəyini alt-üst etdi.
İmperiyanın bütün şair, yazıçıları
Səməd Vurğun dünyasını ziyarət etməyə gəlirdilər.
Hətta Göygöldə böyük nümayəndə heyətini
ormanlardan gül-çiçək yığmağa sövq etmişdi o.
Tanrı həmin illərdə bizə Səməd kimi düha bəxş etməklə
bizə ən böyük lütfünü göstərməyibmi?
Səməd cismən zəif, mənən nəhəng idi.
Onun dillər əzbəri olan “Azərbaycan” şeiri
yurdumuzun ikinci bir himninə çevrilmişdi.
Səməd dünyasına daş atanlar
ucuz reytinq qazanmaq istəyənlərdir.
Səməd Vurğun Azərbaycan vurğunu idi,
Vətəninin, xalqının vurğunu idi.
Böyük şəxsiyyətlərimizi ucalıqda
saxlamağı bacarmalıyıq.
İmperiya burulğanında bir Səməd Vurğun
dünyası parlayırdı.
Səməd Vurğun dünyası
imperiyanın üfüqlərini aşmışdı...
Digər Xəbərlər
17 Aprel 2026 18:07
Əməkdar jurnalist Aqil Abbasın “Profil”i - VİDEO
17 Aprel 2026 14:39
Nizami Gəncəvi və Füzuli yaradıcılığında eşq konsepsiyası: dünyəvi hissdən ilahi məhəbbətə
17 Aprel 2026 14:37
MÜASİR ŞEİRDƏ SADƏLİK VƏ DƏRİNLİK MƏSƏLƏSİ - Sevil Azadqızı yazır
17 Aprel 2026 13:57


Bakı -°C

