Polşanın Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində
Polşanın Rzeszow Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin tələbə və müəllim mübadiləsi üzrə məsul nümayəndəsi Aleksandra Dańczyszyn “Staff Training Mobility” proqramı çərçivəsində Azərbaycan Universitetində səfərdə olub. Səfərin məqsədi təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsinin müzakirəsi olub.
Qonaq mütəxəssis səfər müddətində Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti, tələbə və heyətin mübadilə mexanizmləri, universitetin kitabxanası və digər infrastruktur imkanları ilə tanış olub, müvafiq struktur bölmələrdə iş prosesini müşahidə edib.
Aleksandra Dańczyszyn səfər çərçivəsində Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Sevlan Qurbanova ilə görüşüb, həmçinin elmi işlər üzrə prorektor Yusif Qasımovun qəbulunda olub. Görüşlərdə tələbə və akademik heyət mübadiləsi və yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər universitetlər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Səfərin sonunda elmi işlər üzrə prorektor Yusif Qasımov tərəfindən qonaq mütəxəssisə proqramda iştirakına dair müvafiq sertifikat təqdim olunub.
Digər Xəbərlər
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57


Bakı -°C

