Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar
Bir qrup etirazçı Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazasının əsas girişini bağlayıb.
Adalet.az BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ictimai asayişi pozma və digər hüquqpozmalar törətmə şübhəsi ilə həbslər həyata keçirirlər.
"Qanlı müharibələrə son" (No More Bloody Wars) etiraz qrupunun məlumatına görə, aksiya ABŞ-nin iştirak etdiyi "qanunsuz müharibələrə" qarşı yönəlib və sabah keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərlə əlaqələndirilib.
Aksiyanın on iştirakçısı bazanın əsas girişində özlərini avtomobilə və bir-birinə bağlamaq üçün xüsusi möhkəm qıfıllardan istifadə ediblər.
Etirazçılar Britaniya hökumətini ölkə ərazisindəki ABŞ hərbi bazalarını bağlamağa çağırıb, Londonun Yaxın Şərqdəki münaqişələrə dəstəyini dayandırmasının vacibliyini vurğulayıblar.
Digər Xəbərlər
02 Noyabr 2026 20:44
Hellouin geyimi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO
02 Noyabr 2026 19:56
"İrana qarşı yeni hərbi əməliyyatlar hazırlanır" - Rusiyadan xəbərdarlıq
02 Noyabr 2026 19:40
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb
02 Noyabr 2026 19:38


Bakı -°C

