BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilir.
Bu barədə Adalet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, işə qəbul Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi), Riyaziyyat (Azərbaycan bölməsi), İngilis dili (Azərbaycan bölməsi), İbtidai sinif (Azərbaycan bölməsi) fənlər üzrə elan edilib.
Qeyd edilib ki, cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul prosesində iştirak etmək üçün müraciət edə bilərlər.
"Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə sənədi (diplom) təqdim etməlidirlər.
Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

