“Qoç Ət” restoranı müştəriləri belə aldadır
Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük.
Adalet.az xəbər verir ki, daxil olan müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb.
Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
Məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxladıq. Menecer Ərşad İbrahimov Bizim.Media-ya açıqlamasında ilk cəhddə müştərini günahlandırmağa çalışdı. Müştəriyə əvvəlcədən məhsulun “böyük ölçülü” variantının təklif edildiyini deyərək məsuliyyətdən yayınsa da, sonradan məsələni “texniki səhv” adlandıraraq menyuda düzəliş ediləcəyini bildirdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununa əsasən, menyuda göstərilməyən və ya açıq şəkildə qeyd olunmayan əlavə xidmət və ya dəyişikliklərə görə istehlakçıdan əlavə ödəniş tələb edilə bilməz.
Yəni qiymət menyuda necə göstərilibsə, müştəri də həmin qiymət əsasında seçim edir və ödəniş etməlidir. Qanuna görə (maddə 13) istehlakçının düzgün məlumat almaq hüququ var və (maddə 21) istehlakçının aldadılması qadağandır.
Digər Xəbərlər
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub - FOTOLAR + YENİLƏNİB
28 May 2026 16:27
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28 May 2026 15:30
"Mənim qızımı niyə gətirməmisən, görərdim" - Ağbirçəklə Prezidentin səmimi dialoqu + YENİLƏNİB
28 May 2026 13:41
Prezident hərbçilər üçün nəzərdə tutulmuş mənzillərIə tanış olub - FOTOLAR
27 May 2026 18:06


Bakı -°C

