Tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşmışıq - Fidan
Bölgəmiz tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşıb.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.
“Dünya eyni zamanda bir çox risklərlə qarşı-qarşıyadır. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi ən böyük problem qaydasızlıqdır və diplomatiyaya daha çox ehtiyac var. Beynəlxalq sistemdəki böhran bölgəmizi tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşdırıb”, – Hakan Fidan qeyd edib.


Bakı -°C

