Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, sözügedən təhsil müəssisələrinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində görülən işləri qeyd edib.
Nazir həmçinin məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, təhsil işçilərinin peşəkar potensialının artırılması işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin dayanıqlı inkişafının əsas amillərindən biridir.
Elm və təhsil naziri müəllimlərin qayğı və problemlərini, səsləndirilən təklifləri dinləyib, onların səylərini yüksək qiymətləndirərək Böyük Qayıdış çərçivəsində təhsil sahəsinin inkişafına verdikləri töhfələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.
Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.
Digər Xəbərlər
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17
Buraxılış imtahanı sualaları çətin olub? - DİM-dən AÇIQLAMA
10 Mart 2026 10:04
İmtahan nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub
09 Mart 2026 09:20
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
06 Mart 2026 12:23
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ - Qəbul prosesi başa çatdı
05 Mart 2026 12:27
Dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ
05 Mart 2026 12:26


Bakı -°C

