“Bunlar bir yerdə yerinə yetirilirsə, biz televiziyadan razı qalırıq...”
“Əvvəla onu deyim ki, televiziya və radio gününün qeyd olunması ictimai rəydə televiziyanın, radionun mövqeyinin, yerinin, rolunun əhəmiyyətli olmağını bir daha xatırladır. Uzun illərdir, yüz ilə yaxındır radiomuzun yaşı var. Yetmiş ilə yaxındır televiziya yayımlarını aparır və bunlar bizim Azərbaycan mədəniyyətinin, milli düşüncəsinin inkişafında, onun müəyyən dərəcədə formalaşmasında əsas rol oynayır”.
Bunu Adalet.az-a açıqlamasında professor, telejurnalist Qulu Məhərrəmli 6 noyabr televiziya və radio işçiləri günü haqda danışarkən deyib.
O, bildirib ki, televiziya və radionun cəmiyyətdəki yeri ilə bağlı mübahisələr kütləvi informasiya vasitələrinin yayıldığı gündən bu yana davam edir:
“Kimisi bunu əyləncə faktoru, kimisi təbliğat vasitəsi, kimisi də məlumat vasitəsi kimi görür. Ona görə də o mübahisələr qalır. Çünki televiziya sintetik sənət sahəsidir. Çoxfunkisonallıdır, yəni onun həm məlumatlandırmaq, həm milləti, cəmiyyəti maarifləndirmək və həm də əyələncə verilişləri vermək kimi özəllikləri və funksiaları bu gün də qalır. Bunlardan hansısa vəzifənin yüksəldilməsi istər-istəməz tarazlığı pozur. Yəni televiziya verilişlərinin proqramları tərtib olunarkən məhz istiqamət nəzərə alınır”.
Q.Məhərrəmli deyib ki, bu gün tamaşaçılarımızın televiziyalardan ən çox narazılığı əyləncə verilişlərinin çox olması, xəbər proqramlarının aktuallığı ifadə edə bilməməsidir:
“O baxımdan narazılıqlar həmişə olacaq. Əlbəttə, televiziyanın əsas məqsədi tamaşaçı maraqlarına xidmət etmək, cəmiyyəti maarifləndirmək və o cəmiyyəti bir güzgü kimi özünə göstərməkdir. Ona görə də bu həm ictimai aspektdən baxanda, həm milli maraqlar baxımından, həm cəmiyyəti ifadə etmək baxımından televiziya öz rolunu oynayır və oynamaqdadır”.
Professorun sözlərinə görə, televiziya bir vitrindir:
“Yəni cəmiyyətdə ən yaxşı ənənələr, mövcud olanlar, cəmiyyət üçün gərəkli olan dəyərlər ekranda təbliğ olunmalı və göstərilməlidir. Xəbərlər vasitəsi ilə cəmiyyəti, dünyanı, ölkəni tamaşaçıya göstərməlidir. Əlbəttə ki, insan maraqları informasiya baxımından o qədər şaxələnib ki, onları əhatə etmək televiziya və radionun əsas vəzifələrindən biridir. Digər tərəfdən nəzərə alaq ki, televiziya 15-20 il əvvəlki vəziyyəti ilə müqayisədə indi həmin statusu daşımır. Yəni artıq televiziyanın çox təhlükəli rəqibi olan sosial şəbəkələr meydana çıxıb. İnternetin media profilləri əlbəttə ki, televiziya üçün ciddi rəqabət abu-havası yaradır. Bütün bunları nəzərə alsaq, televiziyanın indiki şəraitdə fəaliyyət göstərməsinin heç də asan olmadığını göstərir. Bunları üst-üstdə gətirərək biz tamaşaçılara yalnız keyfiyyətli audiovizual materiallar təqdim etməliyik, televiziya cəmiyyəti ifadə etməlidir. Bütün bunlar bir yerdə yerinə yetirilirsə, tamaşaçı zövqü oxşayırsa, biz televiziyadan razı qalırıq. Yox, əgər tamaşaçı marağı, ictimai maraq gözlənilmirsə və yaxud peşəkarlıq aşağı düşürsə, biz öz narazılığımızı ifadə edirik. Ona görə də televiziya işçiləri teleradio günündə həm də bir növ hesabat verirlər, öz proqramlarına yenidən baxırlar və tamaşaçıların zövqünü oxşamağa çalışırlar. Sonda əlbəttə ki, mən daim tamaşaçı qınağına məruz qalan, bəzən sevilən, tənqid olunan, narazı qalınan peşə sahibi kimi teleradio işçilərinin peşə bayramını təbrik edirəm. Onlardan daha çox, daha keyfiyyətli, daha maraqlı verilişlər gözlədiyimizi dilə gətiririk”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi - FOTOLAR
30 Iyun 2026 13:17
Bu hallarda saytlara məhdudlaşdırma tətbiq ediləcək
30 Iyun 2026 12:34
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
20 Iyun 2026 15:07


Bakı -°C

