Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 4-də saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nəsimi rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar qəbulla bağlı Nəsimi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
28 Iyul 2026 12:35
Sabah 40 dərəcə isti olacaq
28 Iyul 2026 11:39
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
28 Iyul 2026 10:13
Küləkli hava davam edir - FAKTİKİ HAVA
27 Iyul 2026 19:32
Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
27 Iyul 2026 16:55
Prezidentdən U-15 dünya çempionatı ilə bağlı SƏRƏNCAM
27 Iyul 2026 16:41
Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib
27 Iyul 2026 16:38
Əli Əsədov yeni qərar imzaladı
27 Iyul 2026 16:36


Bakı -°C

