IV Şuşa Qlobal Media Forumu başa çatıb
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Adalet.az xəbər verir ki, iki gün davam edən forumda dünyanın mextəlif media nümayəndələri, ekspert və rəsmi şəxslər iştirak edib.
Eyni zamanda forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.
Forumun builki mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"na həsr olunub.
Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılarla görüşüb, onların suallarını cavablandırıb.
Forum iştirakçıları "Xocalı Soyqırımı Memorial"ını, Xankəndidə Zəfər parkını ziyarət ediblər, həmçinin Şuşada görülən işlərlə tanış olublar.
Forumun ikinci günündə media, informasiya təhlükəsizliyi, süni intellekt və beynəlxalq əməkdaşlıq mövzularını əhatə edən bir sıra panel və interaktiv müzakirələr baş tutub.
Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək qlobal informasiya mühiti, dezinformasiyaya qarşı mübarizə, media etikası və süni intellektin yaratdığı yeni imkanlar ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55
Mətbuat Şurası bəyanat yaydı
07 Avqust 2026 16:18
Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
07 Avqust 2026 13:09
Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi
07 Avqust 2026 13:00
Media və Yayım Şurası yaradıldı - FƏRMAN
05 Avqust 2026 10:42
MŞ sədri: "TikToka baxmaq beyni çürüdür"
27 Iyul 2026 16:26


Bakı -°C

