“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
“Azərsun Holdinq” media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib.
“Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təşkil olunun təlim “Proxima Tech Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Təlimdə media nümayəndələri üçün süni intellekt platformalarında məzmunun görünürlüyünün artırılması, saytların effektiv idarə olunması və rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmaq üçün istifadə olunan müasir yanaşmalar barədə məlumat verilib.
“Proxima Tech Solutions” mütəxəssisləri tərəfindən iştirakçılara süni zəka sistemləri üzərindən axtarışlar zamanı yazılarının ilk sırada görünməsi üçün diqqət yetirilməli əsas məqamlar izah olunub.
Təlim çərçivəsində süni intellektin inkişafının rəqəmsal media mühitinə təsiri, keyfiyyətli və düzgün strukturlaşdırılmış məzmunun hazırlanmasının əhəmiyyəti, həmçinin müasir axtarış alqoritmlərinin tələbləri barədə fikir mübadiləsi aparılıb. Sonda isə təlim iştirakçılarına sertifikat təqdim olunub.
Qeyd edək ki, şirkətlər qrupu tərəfindən daha əvvəl də media nümayəndələri üçün “Azərbaycan dilində mətn yaradılmasında süni intellekt alətlərindən istifadə” mövzusunda təlim keçirilib.
Digər Xəbərlər
25 Noyabr 2026 11:30
Media yalnız informasiya vermir, həm də necə danışmağı öyrədir
24 Noyabr 2026 16:57
MŞ bəzi media subyektlərini peşə etikası qaydalarına əməl etməyə çağırıb
23 Noyabr 2026 11:21
Media və Yayım Şurası qəzetlərə və saytlara dəstək üçün müsabiqə elan etdi - YENİLƏNİB
20 Noyabr 2026 12:52
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
20 Noyabr 2026 11:48
Media və Yayım Şurası bu müsabiqə qaydalarında yeniliklər edib
19 Noyabr 2026 18:46
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
18 Noyabr 2026 17:06
Mətbuat Şurasında komissiyaların tərkibi təsdiqləndi - FOTO
18 Noyabr 2026 10:12


Bakı -°C

