adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Mart 2023 17:31
621
KRİMİNAL

Bakıdan Naxçıvana gedən sərnişində heroin aşkarlandı

Bakı-Naxçıvan reysi ilə Naxçıvana gedən sərnişinin üzərində heroin aşkarlanıb.

Adalet.az xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.

Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.