Bakının bir sıra yollarında hərəkət müvəqqəti tənzimlənəcək
Oktyabrın 15-də Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi keçiriləcək.
Adalet.az xəbər verir ki, nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə təşkil edilən təlimlə əlaqədar oktyabrın 11-də saat 08:00–13:00 aralığında paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Təlim Mehdi Hüseyn, İstiqlaliyyət, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, İzzəddin Həsənoğlu, Yusif Səfərov, Gülarə Qədirbəyova və Niyazi küçələrini, həmçinin Neftçilər və Heydər Əliyev prospektlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından həmin gün səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Digər Xəbərlər
06 Noyabr 2026 18:30
Prezident və birinci xanım Zəngilan Təhsil Kompleksinin açılışında - VİDEO + YENİLƏNİB
06 Noyabr 2026 18:24
"Cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq" - İlham Əliyev
06 Noyabr 2026 17:56
İlham Əliyev və xanımı Zəngilanda açılışda - YENİLƏNİB
06 Noyabr 2026 17:35
NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlandı
06 Noyabr 2026 16:53
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
06 Noyabr 2026 16:46
Hərbi Prokurorluğun rəhbərliyi görüş keçirdi
06 Noyabr 2026 16:25
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışını etdilər - FOTO+VİDEO
06 Noyabr 2026 15:56


Bakı -°C

