“Balaban sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edildi

Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
Adalet.az Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinə istinadla xəbər verir ki, “Balaban sənətkarlığı və ifaçılıq sənəti” nominasiyasının qəbulu zamanı ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, faylın yekdil qəbuluna görə Komitə üzvlərinə təşəkkürünü bildirib.
Balaban sənətkarlıq və ifaçılıq sənətinin əsrlər boyu Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin bir parçası olduğunu deyən natiq ölkəmizdə bu qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışıb.
Digər Xəbərlər

Rusiyalı sənətçilər “Dream Fest”dən uzaqlaşdırıldılar - FOTO

Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi

Məşhur bəstəkar vəfat etdi

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alındı

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO
