Balakəndə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Balakən rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Adalet.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 110 kV-luq "Zaqatala-2" hava xəttində sentyabrın 8-10-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Balakən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq "Qafqaz" yarımstansiyasından qidalanan Katex, Püştətala kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər Xəbərlər

Laçında traktor dərəyə aşıb - bir nəfər ölüb

Goranboyda TIR-ın törətdiyi ağır qəzanın VİDEOSU

Binəqədidə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb
