Binəqədidə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb
Bakıda yük avtomobilin minik avtomobilin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Adalet.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayon ərazisində 1976-cı il təvəllüdlü Əbdülov Vahid Vaqif oğlunun idarə etdiyi "DAF" markalı hərəkətdə olan zaman körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək körpüdən aşıb.
Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.
Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Ağayeva Lalə Zeynal qızı və 2002-ci il təvəllüdlü Nəcəfova Fidan Namiq qızı döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi müayinə göstərildikdən sonra evə buraxılıblar.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
15 Sentyabr 2026 11:52
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
15 Sentyabr 2026 11:01
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO
15 Sentyabr 2026 09:56
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
14 Sentyabr 2026 18:36
Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
14 Sentyabr 2026 17:54


Bakı -°C

