“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
“Milyonlarla azərbaycanlını bu hala saldılar - Kurtlar Vadisi-də Azərbaycan cinayətləri dosyesi. Bu gün Azərbaycan küçələrində Polat Alemdar papağı taxan, "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var. Bu mənzərə iyirmi illik sistemli mədəniyyət mühəndisliyinin və ideoloji təsirin acı nəticəsidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
““Kurtlar Vadisi" Türkiyədən sonra ən çox Azərbaycanda izlənən və şüuraltında ən dərin izlər buraxan ideoloji silaha çevrildi.Serialın kütlələrə çatması üç əsas mərhələdən keçdi. İlk olaraq 2003–2005-ci illərdə peyk antenaları vasitəsilə "Kanal D" və "Show TV" üzərindən evlərə daxil oldu və cəmiyyətdə Türkiyə serialı anlayışının əsasını qoydu.2005–2007-ci illərdə isə ANS TV serialı dublyajsız, orijinal səslə yayımlayaraq reytinq rekordları qırdı; məhz bu dövrdə yeni doğulan uşaqlara "Polat", "Memati" və "Süleyman Çakır" kimi adlar verilməyə başlandı.2008–2016-cı illərdə isə "Kurtlar Vadisi Pusu" artıq televiziyadan çıxıb YouTube, DVD və sosial şəbəkələrdə kütləvi vüsət aldı. Hətta "Azərbaycan Aslanı" başlığı ilə yayılan qısa epizodlar belə təkbaşına milyonlarla baxış topladı”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

