Kobaxidze və Ərdoğan görüşdü
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər siyasi və iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamikaya xüsusi diqqət yetirib, Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qaldığını qeyd ediblər.
Görüşdə, həmçinin regionun inkişafına və qarşılıqlı əlaqələrin gücləndirilməsinə mühüm töhfə verən regional əhəmiyyətli birgə strateji layihələr müzakirə olunub. Bu kontekstdə tam istismara verilmiş Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyəti xüsusi vurğulanıb.
Müzakirələr zamanı nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub. Tərəflər regionun dayanıqlı və sabit inkişafının təmin olunması baxımından sülhün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Digər Xəbərlər
22 Sentyabr 2026 09:51
Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
22 Sentyabr 2026 09:45
BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

