"Barselona" "Atletiko Madrid"i məğlub etdi - VİDEO
İspaniya La Liqasında XV tura start verilib.
Adalet.az xəbər verir ki, “Barselona” doğma meydanda “Atletiko Madrid”lə qarşılaşıb.
Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə qonaqların heyətində Aleks Baena açıb. 26-cı dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Meydan sahiblərinin hücumçusu Robert Levandovski 36-cı dəqiqədə on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Dani Olmo 65-ci dəqiqədə “Barsa”nı önə keçirib.
Qarşılaşmada son nöqtəni 90+6-cı dəqiqədə Ferran Torres qoyub.
“Barselona” 37 xalla turnir cədvəlinə başçılıq edir. Madrid klubu isə 31 xalla 4-cü yerdə qərarlaşıb.
Digər Xəbərlər
03 Dekabr 2025 09:45
"Fulhem" - "Mançester Siti" matçında 9 qol vuruldu - VİDEO
02 Dekabr 2025 13:16
Arda Turan rəqib məşqçiyə hücum çəkdi - “Peşman deyiləm”
01 Dekabr 2025 17:51
Seçmə mərhələ: Azərbaycan millisi sonuncu oyunda məğlub oldu
01 Dekabr 2025 16:48


Bakı -°C

