adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 13:12
771
İDMAN

“Barselona” ən yüksək maaş verdiyi futbolçunu yola salır

“Barselona” yay transfer pəncərəsində heyətində böyük dəyişikliklər edəcək.

Artıq Kataloniya klubu bu yay klubdan yola salacağı futbolçunu da müəyyənləşdirib.

Bu, hazırkı heyətdə ən bahalı və yüksək maaş alan oyunçulardan biri olan niderlandlı yarımmüdafiəçi Frenki de Yonqdur.

Xatırladaq ki, Frenki de Yonqun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

“Transfermarkt” futbolçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.