Baş nazir Əli Əsədov UNICEF-in icraçı direktoru ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.
Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Digər Xəbərlər

Ordumuz güclü dövlətimizin simvoludur

Rəsmi Bakı Suriyadakı terroru pislədi

Dövlət başçısı Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışını etdi

İlham Əliyev Yevlaxa getdi

ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırırıq - XİN-dən BƏYANAT

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müzakirə olunub - YENİLƏNİB

XİN: Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir
