Baş nazir Lyu Haysinlə görüşdü
Baş nazir Əli Əsədov sentyabrın 8-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səylərinin ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rolu vurğulanıb.
İki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin müsbət dinamikası vurğulanıb. Yaşıl enerji sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın ardıcıl inkişaf etdiyi bildirilərək “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsi və tranzit potensialının artırılması baxımından önəmi diqqətə çatdırılıb.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafı yüksək qiymətləndirilib, partiyalararası əməkdaşlığın və qarşılıqlı təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
12 Oktyabr 2026 12:38
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:38
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:34


Bakı -°C

