Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Nəsimi rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 9-da saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Nəsimi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
16 Oktyabr 2026 15:24
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi açıldı
09 Oktyabr 2026 17:55
Könül Qasımovanın həbs müddəti uzadıldı
07 Oktyabr 2026 11:56
Məhkəmədə Elza Seyidcahan Rəşid Mahmudova qalib gəldi
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39


Bakı -°C

