Könül Qasımovanın həbs müddəti uzadıldı
“Sevgi evi” Qadın və uşaq sığınacağının sahibi Könül Qasımova barəsində qərar verilib.
Adalet.az lent.az-a istinadla xəbər verir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.
Qərara əsasən, həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Könül Qasımova iyul ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
O, 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq, uşaq 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.
Digər Xəbərlər
29 Oktyabr 2026 20:10
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
27 Oktyabr 2026 20:45
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
27 Oktyabr 2026 16:54
Kukla Teatrının direktoru onu məhkəməyə verdi
27 Oktyabr 2026 11:21
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
20 Oktyabr 2026 10:19
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə
19 Oktyabr 2026 18:26
Azərbaycanda dini radikalizmə çağırış edən 7 nəfər beynəlxalq axtarışa verildi
16 Oktyabr 2026 15:24
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi açıldı
07 Oktyabr 2026 11:56


Bakı -°C

