Baş Prokurorluq vətəndaşın şikayəti ilə bağlı açıqlama yaydı

Baş Prokurorluğun Mətbuat xidməti vətəndaş Ramil Hüseynovun şikayəti ilə bağlı açıqlama yayıb.
Xidmətdən Adalet.az-a bildirilib ki, mayın 17-də Baş Prokurorluğun inzibati binasının qarşısında narazılığını ifadə edən vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub:
"Həmin şikayətlə bağlı bildiririk ki, yaşadığı və dəyəri 170 min manat olan mənzilinin girov qoyulması müqabilində Ramil Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına “Aqrarkredit” QSC tərfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilib.
Borclu tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı QSC-nin mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında 14 iyun 2018-ci il tarixdə mənzil hərrac yolu ilə (ilkin satış qiyməti 186 min manat müəyyən edilməklə) satılaraq borc ödənilib, artıq qalan məbləğ isə vətəndaşa qaytarılıb.
Mənzilin satışı ilə bağlı ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən mənzil 118 min manata dəyərləndirilməklə satılmış, lakin Ramil Hüseynov mənzili tərk etməyərək vəsaitin ona verilməsini tələb esib.
Qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, Ali Məhkəmənin 8 may 2019-cu il tarixli qərarı ilə təmin edilməyib.
Bundan sonra, mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə Ramil Hüseynovun irəli sürdüyü xüsusatlar üzrə Bakı şəhəri Yasamal rayon polis idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlarda cinayət hadisəsi müəyyən edilmədiyindən 10 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19 aprel 2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 1 may 2023-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb".
Digər Xəbərlər
24 Oktyabr 2025 11:59 Azərbaycanda qadın hakimlərin sayı açıqlandı
24 Oktyabr 2025 11:56 Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib
22 Oktyabr 2025 12:26 Beynəlxalq axtarışda olan daha 4 nəfər Azərbaycana ekstradisiya edildi
21 Oktyabr 2025 17:32 Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi
21 Oktyabr 2025 16:29 Ruben Vardanyanın vəkildən imtina edib
21 Oktyabr 2025 13:53 Cəlilabadda məhkəmə yaşlı kişini təhqir edən şəxsi cəzalandırdı
17 Oktyabr 2025 11:22 Bu QHT sədrlərinə cinayət işi açıldı
16 Oktyabr 2025 14:23 

Bakı -°C 






