"Baxdım ki, evin altı yoxdur" - Evi sökülən sakin danışdı - VİDEO
Xəbər verdiyimiz kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.
Adalet.az-ın məlumatına görə, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur”, - S.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, hazırda kompensasiya ilə bağlı danışıqlar gedir: “Ola bilsin ki, qonşular da köçürüldü. Ondan sonra ümumi məlumat veriləcək”.
Digər Xəbərlər
30 Oktyabr 2026 23:12
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
30 Oktyabr 2026 19:46
Bu rayonda elektrik enerjisinin verilişi dayandırılacaq
30 Oktyabr 2026 17:23
Naxçıvanda maşın 9 yaşlı uşağı vurdu
30 Oktyabr 2026 15:39


Bakı -°C

