Bayden oğlunu əfv etdi
ABŞ Prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib.
Adalet.az xəbər verir ki, keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb.
Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.
O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.
Digər Xəbərlər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00
Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
22 Sentyabr 2026 23:44
Ukraynada “Patriot” raketləri istehsal edilə bilər - Tramp açıqladı
22 Sentyabr 2026 22:45
Trampla Zelenskinin görüşü oldu - "Artıq vaxtdır"
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20
Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı
22 Sentyabr 2026 20:11


Bakı -°C

