Baydenin baş müşaviri Bakıya gələcək
Noyabr ayında Bakıda keçiriləcək COP29 sammitində ABŞ nümayəndə heyətinə Con Podesta başçılıq edəcək.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, ABŞ COP29-da 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksək vəzifəli rəsmilərlə təmsil olunacaq. Sözügedən nümayəndə heyəti ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanın başçılığı ilə Bakıda olacaqlar.
Nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.
Həmçinin nümayəndə heyəti tərkibində iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

