Bazar günü hava necə olacaq? - YENİLƏNİB
Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
***11:00
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
Bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala(Əlibəy) rayonunun dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq, Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Qəbələ, Şəkidə (Kişçay) 18 mm, Altıağac, Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir, Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad, Mingəçevirdə 5 mm, Yardımlı, Daşkəsən, Şahdağ, Lerik, Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Yağan leysan yağış nəticəsində İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib.
Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay, Lerikdə duman müşahidə olunub.
Narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Goranboyda 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.