BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırdı
BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən qüvvələrinin əməliyyatlarını dayandırır.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik tərəfindən dərc edilən açıqlamada bildirilib.
Qeyd olunub ki, qərar mövcud vəziyyəti nəzərə alaraq, əmirliklərin öz təşəbbüsü ilə verilib. Bu qərar BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur.
Xatırladaq ki, daha əvvəl BƏƏ-nin Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təsir göstərə biləcək hər hansı bir cəhddə iştirakı rədd edir. Qurum ölkənin Səudiyyə Ərəbistanının təsirini sarsıtmaq üçün heç bir regional cəhddə iştirak etmədiyini vurğulayıb.
Digər Xəbərlər
20 Yanvar 2026 23:53
İran “Starlink”i Rusiya “Topol”u ilə bloklayıb
20 Yanvar 2026 20:07
Kallas: Qrenlandiyanın suverenliyi ticarət mövzusu deyil
20 Yanvar 2026 20:00
Fon der Lyayen: Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır
20 Yanvar 2026 19:27


Bakı -°C

