Fon der Lyayen: Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır
Avropa İttifaqı (Aİ) Arktik bölgənin qlobal təhlükəsizlik üçün artan əhəmiyyəti fonunda Qrenlandiyaya siyasi, iqtisadi və müdafiə dəstəyini əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.
Adalet.az-ın məlumatına görə, bunu Davosda Dünya İqtisadi Forumunda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
"Aİ Arktikanın təhlükəsizliyini strateji prioritet hesab edir, Qrenlandiya və Danimarka Krallığı ilə tam həmrəydir", - o bildirib və əlavə edib ki, Qrenlandiyanın suverenliyi, ərazi bütövlüyü müzakirə mövzusu deyil.
Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Qrenlandiya üçün böyük investisiya paketi hazırlayır. O, yerli iqtisadiyyatın, infrastrukturun inkişafına və regionun dayanıqlılığının artırılmasına yönələcək. Təşəbbüsün həyata keçirilməsi Qrenlandiya və Danimarka hakimiyyəti ilə sıx əlaqələndirmədə planlaşdırılır.
Çıxışda hərbi və müdafiə məsələlərinə xüsusi diqqət ayrılıb. Aİ Arktikanın təhlükəsizliyinə investisiyaları, o cümlədən Avropa buzqıran donanması potensialının yaradılması və ixtisaslaşmış avadanlıqların tədarükü hesabına artırmaq niyyətindədir. Fon der Lyayenin sözlərinə görə, NATO-nun şimal ölkələri artıq Arktik şəraitə uyğunlaşdırılmış qüvvələrə malikdir və regionun təhlükəsizliyi yalnız müttəfiqlərin birgə səyləri ilə təmin edilə bilər.
Avropa Komissiyasının sədri həmçinin Aİ-nin ABŞ, eləcə də Böyük Britaniya, Kanada, Norveç, İslandiya və digər regional tərəfdaşlarla Arktikada əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Eyni zamanda, o vurğulayıb ki, müttəfiqlər arasında əlavə ticarət tariflərinin tətbiqi səhvdir və bu, ümumi təhlükəsizliyə xələl gətirə bilər.
İlin əvvəlindən ABŞ tərəfindən Danimarkanın bu özünüidarə olunan ərazisinin Vaşinqtonun nəzarətinə verilməsi ilə bağlı narrativlərin eskalasiyası davam edir. ABŞ Prezidenti Donald Tramp Avropadan məsələni müsbət həll etməyi tələb etməklə yanaşı, "köhnə dünya"nın xüsusilə bəzi ölkələrinə qarşı əlavə ticarət rüsumlarının tətbiq olunacağını bəyan edib.
Digər Xəbərlər
20 Yanvar 2026 20:07
Kallas: Qrenlandiyanın suverenliyi ticarət mövzusu deyil
20 Yanvar 2026 19:27
Pistorius: Almaniyada 12 ildən sonra ilk dəfə hərbi qüvvələrin sayı kəskin artıb
20 Yanvar 2026 19:00
Məqsədimiz hər ay 50 min rus əsgərini məhv etməkdir
20 Yanvar 2026 18:47
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
20 Yanvar 2026 17:56
Çernobıl AES təhlükə altındadır - Ukraynada nüvə həyəcanı
20 Yanvar 2026 17:49
Ağ Evdə yenidən gizli bunkerin qurulmasına başlanıldı
20 Yanvar 2026 13:11
Qazaxıstanda yeni formalaşacaq parlament "Kurultay" adlandırıla bilər
20 Yanvar 2026 13:05


Bakı -°C

