Bəhreyndə səfirlik təsis edildi - SƏRƏNCAM

Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin".
Digər Xəbərlər

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə olundu

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

İlham Əliyev ABŞ rəsmisini qəbul etdi - FOTOLAR

Sahibə Qafarova İsveçrəyə getdi

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək

"Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib" - İlham Əliyev

"Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir" - Hikmət Hacıyev
