İlham Əliyev ABŞ rəsmisini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
Adalet.az xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını dedi.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
08 Dekabr 2025 13:40
Abbas Əraqçi: Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik
08 Dekabr 2025 13:30
Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır - Nazir
08 Dekabr 2025 13:28
Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
08 Dekabr 2025 12:20


Bakı -°C

