“Milyonlarla vəsaiti olan yüksək çinli din xadimlərinin əksəriyyəti lüks həyat yaşayır...”
“44 günlük Vətən Müharibəsində starteji məğlubiyyətə məruz qalan Ermənistanın bütün dayaqları sarsıldı. İqtidar, müxalifət, siyasi və hərbi idarəetmə, Qarabağ klanı, kilsə, biznes, media, ictimaiyyət, dispora və sair. Məğlubiyyət sindromunu daşıya bilmədi, bunlardan heç biri mövcud vəziyyətdən real çıxış yolunu tapa bilmədi və Ermənistanın bütün dayaqları parçalandı. Lakin işğalçı ölkədə və ya xaricdə yaşayanların az bir hissəsi rusların Qarabağda olmasına görə nəyəsə ümidli idilər”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, amma yenə də Azərbaycan Əsgəri adlı "zalım fələk" işğalçının üzünə gülmədi:
“2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistanda olan-qalan son ümidlər yox oldu. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, işğal dövründə Azərbaycana qarşı döyüşənlər, onların ailələri, xarici ölkələrdən Qarabağa köçürülən xarici ölkə vətəndaşları, humanitar fəaliyyət adı altında Qarabağda Rusiyanın maraqlarını təmsil edənlər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Vətəndaşlığını qəbul edənlər isə bu gün də Qarabağda yaşayır. Onların araşında ən xoşbəti isə bütün fəsillərdə qırmızı gödəkcədə gəzən Mişadır”.
Ə.Verdiyev deyib ki, vaxtilə Azərbaycana qarşı bəyanat səsləndirən, bizə silah tuşlayanlara haqq qazandıran seperatçı rejimin ən üst səviyyəli rəhbərləri səliqəli və mədəni şəkildə həbs edildi. Vağzalı sədaları altında Bakıya gətirildilər:
“Baş verən hadisələrin şok terapiyasından və başına dəyən çoxsaylı "Dəmir Yumruq" zərbəsindən özünə gəlməyən dizertirlər növbəti dəfə daha ağır bir xəbər aldı. İşğalçı ölkənin son ümidlərinin dayaq nöqtəsi olan Rusiya qoşunları Ermənistana məlumat vermədən Azərbaycan ərazisindən çıxarıldı. Sonrakı proseslərdə isə daha əvvəl 10 yerə parçalanan hay cəmiyyətini hər bir qolunu öz aralarında bir neçə yerə parçalanması ilə müşahidə olunur. Artıq Ermənistanın gələcəyi ilə bağlı planları və ya təklifləri üst-üstə düşən insanlar tapmaq çətindir”.
Hərbi ekspertin sözlərinə görə, bütün bu problemlərin kökündə isə apostol kilsəsi dayanır:
“2018-ci ildə Ermənistan vətəndaşlarının əhəmiyyətli bir hissəsi kilsənin başçısı II Qareginin istefasını tələb edirdi. Dindarlar qəzəbinin səbəblərindən biri kilsə rəhbərliyinin dəbdəbəli həyat tərzi idi. Erməni Apostol Kilsəsinin rəhbərləri yerlibazlıq, uşaqbazlıq, qohumbazlıq və dəbdəbəli həyat tərzinə görə tənqid olunurlar. 49 yepiskopdan altısı katolikos ilə eyni kənddə doğulub. Qareginin qardaşı və əsl adı Mkrtıç olan Ezras pedifiliya, digər qohumu Müqəddəs Arşak doğma xalası ilə "kilsədə məhəbbət", Navasard Kçoyan isə "lüks həyat" videoları ilə məşhürdur. Katolikos II Qaregin özü isə asudə vaxtını İrəvanın keçmiş meri, bandit Karen Karapetyana məxsus restoranda qapalı şəraitdə keçirir. Bank hesablarında milyon dollarla vəsait olan yüksək çinli din xadimlərinin əksəriyyəti lüks həyat yaşayır. Aralarında "Bentley Continental Flying Spur" avtomobilini hədiyyə alan da var, Serj Sarkisyandan aldığı bahalı silahla poza verən də var, son model zirehli "Mercedes-Benz S-Class"-da gəzən də. Bütün ermənilərin katolikosu B6/B7 səviyyəli zireh qoruyucusu olan W221 model "Mercedes-Benz S600L Guard" avtomobilində səyahət edir. Bu nəqliyyat vasitələri mina partlayışlarından və Kalaşnikov avtomatından atəşə tutulmadan qorunur. Lakin qiyməti də uyğundur - yeni avtomobilin qiyməti ən azı 1.000.000 dollardır. Başqa sözlə desək, Ermənistanın nəzarət etdiyi ərazilər kiçilir, erməni kilsəsinin rəhbərlərinin isə gəlirləri və əxlaqsız hərəkətlərinin sayı artır. Ermnistan katalikosu artıq bir neçə ildir ki, Rusiya və yeli müxalif qüvvələr ilə birgə hakimiyyət dəyişikliyi eşqinə düşüb. Nikol Paşinyan isə mövcud təhlükələri daha dərindən hiss edir və qarşı tədbirlər görməkdə davam edir. Hazırda Ermənistanda mövcud olan bütün təbəqələr bir neçə yerə bölünüb. Belə bir vəziyyətdə daim revanşist ideyalarla yaşayan, əlində silah Azərbaycan ilə döyüşlərdə iştirak edən erməni kilsəsini ram etmək və onu dövlətin nəzarətinə almaq Xilaskar Nikol üçün daha asan ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Dekabr 2025 13:28
Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
08 Dekabr 2025 12:20
Anar: Əsrlər boyu dilimizin mühafizəsində Şah İsmayılın rolu böyük olub
08 Dekabr 2025 12:14
İlham Əliyev daha bir qəbul keçirdi
08 Dekabr 2025 11:53
Əraqçi Bakıda şəhidlərin xatirəsini andı
08 Dekabr 2025 11:51
Prezidentdən Tofiq Bakıxanovla bağlı SƏRƏNCAM
08 Dekabr 2025 11:35
Dilimizin ən gözəl təqdimatçısı Ulu Öndər olub - Rafael Hüseynov
08 Dekabr 2025 11:32
İlham Əliyev Abbas Əraqçini qəbul etdi -FOTOLAR
08 Dekabr 2025 11:26


Bakı -°C

