"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
"Bu gün Dövlət Suverenliyi Günüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Günü qeyd edilir".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi:
"Qarabağı işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, cənab Prezident Ilham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenliyimizin banisi Ümummilli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz oldu".
V.Bayramov deyib ki, Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir:
"Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi çağrışlara rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox vektorlu siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. 2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə son 23 ildə 45 dəfədən çox artaraq 2 milyard dollardan 91 milyard dollara çatıb.
Yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Oktyabr 2026 20:27
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
26 Oktyabr 2026 20:10
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
26 Oktyabr 2026 19:28
İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı
26 Oktyabr 2026 18:41
İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR
26 Oktyabr 2026 17:56
Azərbaycan və Yaponiya arasında vizasız rejim genişləndirilə bilər
26 Oktyabr 2026 17:53
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev
26 Oktyabr 2026 17:09
"Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik" - Hikmət Hacıyev
26 Oktyabr 2026 16:20


Bakı -°C

