"Ermənistanın seçim qarşısında qaldığı yeni Cənubi Qafqaz reallığı"
"Siyasi arenada və dünya siyasətində son proseslər artıq çox aktiv fazaya keçid alıb. Son baş verən hadisələri nəzərə alsaq, bu gün Cənubi Qafqaz siyasi mərkəzlərin diqqət mərkəzinə çevrilib".
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Cənubi Qafqazda mərkəzin rəqabət dalğası kifayət qədər güclənib:
"Regionun gələcək formalaşan geosiyasi arxitekturasının faydalılığı uğrunda rəqabət gedir. Bu rəqabətin təbii bir neçə ölçüləri və, yəni, bu ölçülər çərçivəsində yalnız mübarizələr gedir. Bu sırada təhlükəsizlik ölçüsü Qafqazda davamlı sülhün mexanizminin işləməsi üçün artıq iqtisadi, siyasi və diplomatik bazalar qurulub.
Nəqliyyat ölçüsü – artıq öz təyinat marşrutlarını dəyişib, dəqiqləşdirib.
Enerji ölçüsü – istiqamətlər bəllidir.
Siyasi təsir ölçüsü – bəlli çərçivələr daxilində fəaliyyət göstərir".
Politoloqun sözlərinə görə, iqtisadi inteqrasiya ölçüləri – hələ Ermənistana xaricdən müəyyən təsir vasitələri olduğuna görə, inteqrasiya məsələsinin ölçüsündə tam formalaşmamış sayıla bilər:
"Amma güman ki, yaxın gələcəkdə Ermənistanda da iqtisadi layihələri inteqrasiya edə bilər. Bizim üçün hamısı önəmli olsa da, ən önəmli təsir ölçüsü suverenlik modelidir. Biz bu suverenliyi bütün dünyanın bacara bilmədiyi, lakin Azərbaycanın bacardığı, beynəlxalq hüquq normaları çərçivəsində ədaləti bərpa etməklə qazandıq. Artıq biz öz qərarlarımızı milli maraqlar əsasında veririk. Heç bir xarici güc mərkəzinin təsiri bu məsələdə üstünlük təşkil edə bilməz. Bunun əsas səbəbi Cənubi Qafqazı geosiyasi və iqtisadi olaraq diqqət mərkəzinə gətirən Azərbaycan Ordusu və 44 günlük Vətən müharibəsi oldu. Beynəlxalq münasibətlərin baxışlarını 180 dərəcə Cənubi Qafqaza qarşı müsbət dəyişən Azərbaycanın diplomatik möhürüdür. Hazırda dünyada hansı təhlükəsizlik və iqtisadi sistem yaradılacaqsa, bu sistemin daxilində artıq Cənubi Qafqaz ölkələrinin böyük geopolitik önəmi olacaqdır. Sadəcə, yaranan bu reallıqlardan yararlanmaq və doğru istifadə etmək məsələsi regionda yaşayan ölkələrin verəcəyi siyasi və diplomatik qərarlardan asılıdır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Sentyabr 2026 12:20
"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
21 Sentyabr 2026 12:19
"Koreya Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir"
21 Sentyabr 2026 12:17
"Tramp Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan L.Qrem qanun təsdiq etdi"
21 Sentyabr 2026 11:25
"Nə TƏBİB-dən, nə də icbari tibbi sığortadan müsbət cavab ala bilmirik" - Deputat
21 Sentyabr 2026 11:04
"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır" - Səyyad Aran
21 Sentyabr 2026 10:49
"Gözləmək lazım deyil ki, şəhid valideyni müraciət etsin" - Deputat
21 Sentyabr 2026 10:42
"Həmin ölkədə Azərbaycan dili saatları azaldılır" - Deputat
21 Sentyabr 2026 10:07


Bakı -°C

