Nizami Cəfərov fenomeni
Akademik Nizami Cəfərovun ad gününə
Mən akademik Nizami Cəfərovun dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, görkəmli elm adamlarımız, milli -mənəvi dəyərlərimiz, türkçülük və azərbaycanşünaslıq elmimiz haqqında, ictimai məzmun kəsb edən tədqiqatalarını, əsərlərini, məqalələrini, rəylərini, yazılarını, xülasələrini oxuduqca, söhbətlərini dinlədikcə bu qənaətə gəlirəm ki, Azərbycan dilni sevmək üçün təkcə Vaqifi, Səməd Vurğunu, Şəhriyarı , Bəxtiyar Vahabzadəni və digərlərini oxumaq kifayət etmir. Həm də Nizami Cəfərovu oxumaq lazımdı. Azərbaycan poeziyasını sevmək üçün təkcə Nizamini, Nəsimini, Füzulini, Vaqifi, Sabiri, Səməd Vurğunu yox , həm də Nzami Cəfərovu oxumaq və öyrənmək lazımdır.
Azərbaycançılıq Məfkurəsini öyrənmək üçün, təkcə Əli Bəy bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Həsən Bəy Zərdabini, Mizə Ələkbər Sabiri, Cəlil Məmmdquluzadəni, Abbas Səhhəti, Firudin Bəy Köçərlini, Məmməd Əmin Rəsulzadəni, Nəriman Nərimanovu, Hacı Zeynalabdın Tağıyevi, Heydər Əliyevi yox həm də Nizami Cəfərovu oxumaq və öyrənmək lazımdır. Türk olmaq,Türkçülük elmini başa düşmək üçün təkcə Mahmud Kaşqarini, Ziya Göyalpı, Fuad Körpülünü, Mirzə Kazımbəyi, Bəkir Çobanzadəni , Tofiq Hacıyevi və digərlərini yox, həm də Nizami Cəfərovu oxumaq gərəkdir. Ona görə ki, Nizami Cəfərov adlarını sadaladığım şəxsiyyətlərin, yaradıcı ziyalıların, mütəfəkkirlərin düşüncəsini, mübarizəsini və mücadiləsini, həm də müsir elm adamlarının yazıçıların, şairlərin, ziyalıların, ictimai fikir sahiblərinin tədiqatlarını, əsərlərini, yaradıcılıqlarını öz əsərlərində, çıxışlarında, müsahibələrində və söhbətlərində bizim başa düşəcəyimiz bir forma və məzmunda, mətndə bizə izah edir.
Nizami Cəfərovun yaradıçılığı, məqalələri, əsərləri ilə tanış olduqca, fəaliyyətini izlədikcə, davranışlarını müşahidə etdikcə ilk baxışdan cox sadə, səmimi, koloritli, görünən bu qeyri-adi şəxsiyyətin, nə qədər milli düçüncəyə, dərin təfəkkürə, dərin məna kəsb edən ifadə tərzinə və məntiqə sahibi olduğunu hər addımda, hər kəlmədə, hər cümlədə, hər təmasda hiss edirsən. O, akademik düşüncə tərzinə, akdemik ifadə tərzinə, akademik sirayətetmə qabiliyyətinə malik fenominal şəxsiyyətdir.
Nizami Cəfərov Azərbaycan dilinin təcəssümündə, Azərbaycan ədəbiyyatşünaslıq elmində, türkologiya elmində hadisədir, Nizami Cəfərov Aərbaycanın ədəbi-mədəni-fəsəfi-ictimai fikir tarixində hadisədir.
Hörmətli Nizami müəllim! Ad gününüzü səmimiyyətlə və ən xoş arzularla təbrik edirəm.
Ramiz Göyüş
Digər Xəbərlər
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO
18 Sentyabr 2026 11:50
Vaqif Aslan: ""Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir!"
18 Sentyabr 2026 11:49


Bakı -°C

