adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2026 18:49
23
DÜNYA
A- A+

İrandan TRİPP-lə bağlı Ermənistana xəbərdarlıq

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

Adalet.az xəbər verir ki, o, Ermənistan parlamentinin TRIPP-i ("Tramp marşrutu") təsdiqləməsini tənqid atəşinə tutub.

Baş nazir Nikol Paşinyana ünvanladığı açıq məktubda Vilayəti layihənin təsdiqlənməsini faydasız bir addım adlandırıb və onun fikrincə, bu, Ermənistan xalqının maraqlarına ziddir.

O həmçinin bildirib ki, İran Rusiyanın iştirakından asılı olmayaraq, Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsini öz məsuliyyəti hesab edir.