adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2026 13:34
22
DÜNYA
A- A+

Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə keçiriləcək COP31 iqlim sammitində iştirak etmək niyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra brifinqdə danışıb.

“COP-da iştirak etmək üçün Antalyaya yollanmaq planlarım var”, - o bildirib. 

Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbir çərçivəsində liderlər sammiti isə noyabrın 11-12-də təşkil ediləcək.