adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2026 13:29
38
ŞOU-BİZNES
A- A+

Aktrisa: “Avtomobil idarə edən qadınlar haqda mənfi fikirlər yaranır”

Aktrisa Günəş Tegin  cəmiyyətdə maşın sürən qadınlara qarşı münasibətin  birmənalı olmadığını söyləyib.

Adalet.az bildirir ki, o, əks cinsin  avtomobil idarə  edən qadınlar haqda müsbət düşüncədə olmamalarını qınayıb:

“Hər yerdə elan edirik ki, müasir cəmiyyətik. Ancaq sükan arxasında  qadın görən kimi ilk ağlımıza nə gəlir? Görəsən, bu maşını ona kim alıb? Yəni düşünmürük ki, bu maşını ona atası ala bilər, yaxud da özü uğur qazanmış xanımdır, işləyib özünə avtomobil alıb. 
Bizim cəmiyyət qadnın uğurun gec qəbul edir. Yüksək vəzifədə işləyən qadınlar var. Hansı ki, onlar öz zəhmətləri ilə irəli gediblər”.

Əntiqə