adalet.az header logo
  • Bakı -°C

ABŞ-nin siyasətində nələr dəyişə bilər... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
31 | 2026-11-05 13:15
A- A+

Konqresə aralıq seçkilərində hər iki palatada  üstünlük  qazanan demokratlar xarici siyasətdə bir çox məsələlərə yenidən baxa bilər və prezident Donald Trampın bu yöndə hərəkətlərini məhdudlaşdıra bilərlər.

 Reuters agentliyinin fikirincə, Fələstinə qarşı apardığı müharibə və on minlərlə dinc insanların məhv edilməsi, İsrailin demokratlar arasında nüfuzunun aşağı salıb.  Demokratlar Tramp administrasiyasının Tel-Əvivə göstərdiyi maliyə yardımını- ildə 3.8 milyard dollar- dayandıra bilərlər.

 Bundan  başqa, hər iki palatada üstünlük əldə edən demokratlar Ukraynaya əlavə maliyə dəstəyi ayrılmasına çalışacağı gözlənilir. Səs çoxluğu onlara istədikləri qanunvericilik layihələrinin müzakirəyə çıxarmağa imkan verəcək. Onlar, hərbi xərclərin azaldılacağı təhdidləri ilə, prezident Trampın müharibə ilə bağlı gələcək adımlarının konqresslə  razılaşdırmasına nail olmaq istəyirlər. 

 Hərbi büdcənin azaldılması, prezident administrasiyasının Latın Amerikası ilə bağlı sitasətinə nəzarəti gücləndirməsi əsas məsələlərdən biri olacağı gözlənilir. Venesuela ilə bağlı araşdırmalara başlanacağı və Kubaya qarşı tədbiq olunan sanksiyaların aradan qaldırılması da gözlənilir.

 Arxos portalı yazır ki, ara seçkilərində qələbə qazanan demokratlar prezident Trampın genişmiqyaslı müdafiə təşəbbüslərinin həyata keçirilməsinə mane ola bilərlər. Ekspertlərin fikirincə, bu layihələrin həyata keçirilməsi üçün prezident administrasiyasının hərbi büdcəni 1,5 trilyon dollar artırılması ilə bağlı müraciətinin konqress tərəfindən qəbul ediləcəyi şansları çox aşağı qiymətləndirilir.

Beləliklə, görünən odur ki, Donald Tramp prezidentlik müddətinin qalan hissəsini konqresslə mübarizəyə sərf etmək məcburiyyətində qalacaq...

 (İz.ru saytının məlumatlarından istifadə olunub)
 

TƏQVİM / ARXİV