Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq
Avropa İttifaqı (Aİ) 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır.
Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifrinqdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.
Kallas məhdudiyyətlərin Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfərlərinə şamil edilməsi ehtimalının olduğu barədə xəbərdarlıq edib.
“Hazırda bütün variantlar nəzərdən keçirilir”, - o deyib.
Avropa Komissiyasının vitse-prezidenti Gürcüstan hakimiyyətini demokratik prinsiplərdən geri çəkilməkdə ittiham edib.
Bundan başqa, Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsinə dair noyabrın 4-də qəbul edilmiş illik hesabatında Gürcüstanla bağlı ayrıca xəbərdarlıq yer alıb. Sənəddə Gürcüstan hakimiyyətinin demokratiyanın vəziyyəti və fundamental hüquqların qorunması ilə bağlı Avropa institutlarının iradlarını aradan qaldırmadığı qeyd olunur.
Hesabatda həmçinin Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı, ölkənin üzvlüyə namizəd statusunun “yalnız formal olaraq” qaldığı vurğulanıb.
Digər Xəbərlər
05 Noyabr 2026 09:10
"Demokratlar Trampı uğursuzluğa düçar edə bilməyəcəklər!" - Ağ Ev
05 Noyabr 2026 08:13
Atasını satıb həbsdən çıxdı
05 Noyabr 2026 07:45
Kozinoğlunun ölümü ilə bağlı hesabat açıqlandı - Detallar
05 Noyabr 2026 07:44
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
05 Noyabr 2026 07:43
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
05 Noyabr 2026 07:40
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
05 Noyabr 2026 07:40
Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
05 Noyabr 2026 07:39


Bakı -°C

