"Gözləmək lazım deyil ki, şəhid valideyni müraciət etsin" - Deputat
"65 yaş məsələsi ciddi problemə çevrilib. Elə məqamlar olur ki, həmin anda başa düşmək olmur. Əgər şəhid ailə üzvlərinin və şəhid valideynlərinin 65 yaşı tamam olubsa, gözləmək lazım deyil ki, şəhid valideyni müraciət etsin ki, işləmək hüququmu bir il də artırın".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, şəhid valideyni vətən üçün qəhrəman yetişdirib:
"Şəhid anası və atası ən yaxşı vətənpərvər uşaqları yetişdirə bilər. Onların orta məktəb və ali təhsil müəssisələrində işmələrini təmin etməliyik. Hətta qanunvericilikdə dəyişiklər edib normalar müəyyən etməliyik ki, həmin şəxslər müraciət etməsinlər. Aidiyyəti qurumlara müraciət etdik, amma mən özüm də utandım. Düzdür, qurumlar müraciətə operativ yanaşdı, amma dərsə 1 gün qalmış şəhid anası bildi ki, ona dərs saatı verməyiblər. Bunu kökündən həll etməliyik".
Digər Xəbərlər
05 Noyabr 2026 22:44
Azərbaycan səfiri Binəli Yıldırımla görüşdü
05 Noyabr 2026 18:44
Sahibə Qafarova Qazaxıstana səfər edib - FOTOLAR
05 Noyabr 2026 18:39
Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
05 Noyabr 2026 16:00
Prezident bu media nümayəndələrini təltif etdi
05 Noyabr 2026 13:28
Deputat yaşa görə müavinətin artırılması təklif etdi - Nazir cavablandırdı
05 Noyabr 2026 13:13
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir - YENİLƏNİB
05 Noyabr 2026 10:35
"Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" - Prezident
05 Noyabr 2026 10:30


Bakı -°C

