adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Mart 2024 18:47
587
DÜNYA

"Belə bir terror xəbərdarlığı alınmışdı, lakin..." - Rusiya FTX-nin rəhbəri

“Crocus City Hall” konsert zalında terror aktını radikal islamçılar hazırlayıb, Qərb və Ukrayna xüsusi xidmət orqanları isə onlara kömək ediblər.

Adalet.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov söyləyib.

O deyib ki, terror akını törədənlər Rusiyada vəziyyəti gərginləşdirmək, cəmiyyətdə təşviş yaramaq məqsədi güdüblər. Rusiya xüsusi xidmət orqanlarının dost ölkələrdən olan həmkarları ilə terror aktının bütün iştirakçılarının müəyyən edilməsi üzərində işlədiyini vurğulayan FTX rəhbəri hazırda Rusiyada terror təhlükəsinin saxlandığını da diqqətə çatdırıb.

Bortnikovun sözlərinə görə, Moskva vilayətində baş vermiş terror hadisəsini hazırlayanlar və onun iştirakçıları məlum olsa da, sifarişçilər hələlik aşkar edilməyib.

ABŞ-ın Moskvada terror aktı hazırlanması barədə xəbərdarlıq etməsinə aydınlıq gətirən FTX-nın direktoru deyib ki, belə bir xəbərdarlıq alınmışdı, lakin həmin məlumat ümumi xarakter daşıyırdı.