Belə kobud rəftar uşaqda ağır travma yarada bilər
"Tərbiyəçinin körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərməsi əlbəttə ki, çox üzücü bir hadisədir. Əfsuslar olsun ki, bu narahatedici hal artıq normaya çevrilir. Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər. Bir çox hallarda isə həm travmalar həyatı boyu həmin uşaqda qalır və daha pis nəticəyə gətirib çıxarır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova deyib.
Millət vəkili bildirib ki, hazırda uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, körpələr evi Təhsil Nazirliyinin tərkibinə verilib: “Çox yaxşı olardı ki, həmin müəssisələrə işə qəbul olunan müəllimlərin, təkcə pedaqoji bilikləri deyil, həm də uşaqla ünsiyyət, davranış bilik və bacarıqları da qiymətləndirilsin.
Eyni zamanda, vaxtaşırı fəaliyyət göstərən tərbiyəçilər, müəllimlər tibbi-psixoloji müayinələri də keçirilməlidir. Bu imkan verəcək ki, uşaqlarla ünsiyyətdə problemi olan, davranışlarında kobudluq edən müəllim və tərbiyəçilər müəyyən edilsin”.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

