Beqlaryan zarıdı:"Qarabağ ermənilərini Avropaya buraxmırlar, viza vermirlər"
“Aİ ölkələri "artsax" ermənilərinə Şengen vizası vermir".
Adalet.az xəbər verir ki, bunu ləgv edilmiş qondarma “artsax”ın qondarma ombudsmanı olmuş Artak Beqlaryan deyib. O, past.infoya müsahibəsində bildirib ki, Qarabağı könüllü tərk etmiş ermənilər xarici səfərlərə çıxa bilmirlər: "Buna səbəb Qarabağda 070 kod ilə verilən pasportların səfirliklərdə tanınmamasıdır. Ermənilərdən almaq üçün səfirliklərə etdiyi müraciətlər cavabsız qalır. İstənilən səfirlik 070 kodunu əsas götürərək viza almaq istəyən erməninin sənədlərini rədd edir”.
Beqlaryan onu da açıqlayıb ki, “artsax vətəndaşları” Şengen vizası ala bilməsi üçün, sənədlərin kifayət etmədiyini, şəxsin Ermənistan vətəndaşı olduğunu sübut etmədiyini əsaslandırmalıdırlar. Səfirliklər elə düşünür ki, viza alan şəxs yenidən öz ölkəsinə dönməyəcək. Amma bu fərziyyədir. Axı, hansı fakta əsasən düşünürlər ki, "070" kodu olanlar haqqında elə düşünürlər ki, gedəcək və qayıtmayacaq.
Qeyd edək ki, Bolqarıstan Şengen vizası olan ermənilərin ölkəyə girişini qadağan edib və onları Ermənistana qaytarıb.
Əntiqə Rəşid