23 Yanvar 2023 16:40
205
ƏDƏBİYYAT

Bəşəriyyətin iki min ildir inandığı həqiqət ağ yalandır! - Aqşin Yenisey yazır

Cəhaləti özü üçün maddi və mənəvi komforta çevirmiş adamlar cəhənnəm, hətta cəhalətdən min ağac uzaq adamların da yazılarıma tutduqları bir nömrəli irad budur: Sən milyonların min illərdir inandıqları həqiqətlərə dil uzadırsan!

Guya, inananları çox, ömrü uzundursa, həqiqət mütləq və inkarolunmazdır!

Nəinki milyonlarla, milyardlarla insanın, bütün bəşəriyyətin min illərlə inandığı həqiqətlər olub ki, bir gün ağ yalan olduğu üzə çıxıb.

Məsələn, Aristotel deyirdi ki, yer kainatın mərkəzində və hərəkətsizdir, günəş yerin ətrafında dövr edir. Təxminən, iki min il bütün insanlıq inandı ki, bəli, günəş yerin ətrafında fırlanır. Ta Qaliley gəlib bunun tam əksini sübut edənəcən! Qaliley gəldi və sübut etdi ki, bəşəriyyətin iki min ildir inandığı həqiqət ağ yalandır! Günəş yerin ətrafında deyil, yer günəşin ətrafında fırlanır.

Bütün bəşəriyyəti cəhalətin xəcalət təri basdı!

Demək istəyirəm ki, bir həqiqətin ömrü növbəti bir həqiqətin doğuşuna qədərdir. O növbəti həqiqətin doğuşu bir gün də çəkə bilər, iki min il də!