Məhkəmə Bəxtiyar Hacıyev barəsində həbs qərarı verdi - YENİLƏNİB
İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
Adalet.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib
***
Daxili İşlər Nazirliyi İctimai fəal Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılmasına reaksiya verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.
***
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:
“Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05
Ali Məhkəmə yeniyetmələrin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
15 Sentyabr 2026 10:52
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
14 Sentyabr 2026 18:01


Bakı -°C

